Dollar rekord vurdu

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 2-ə olan USD/AZN məzənnəni açıqlayıb.
AMB-dən verilən məlumata görə, USD/AZN məzənnəsi dekabrın 2-də 1,7339 AZN/USD səviyyəsində müəyyən olunub. Bu, isə dolların daha 0,12% bahalaşması deməkdir.
Qeyd edək ki, bu dolların məzənnəsində yeni rekord hesab olunur. Belə ki, bundan öncə, yəni noyabrın 30-da USD/AZN məzənnəsi 1,7318 manat olmuşdu.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























