• $
  • €
  • ₽
  • ₺
  • £

“SABAH” tələbələri Azercell-də

“SABAH” tələbələri Azercell-də
02.12.2016 17:18
Azercell Telekom MMC Təhsil Nazirliyinin həyata keçirdiyi "SABAH” layihəsinə dəstək verməkdə davam edir. 

Belə ki, dekabrın 2-də şirkət "SABAH” qrupunun 30 tələbəsi üçün info-tur təşkil edib. İnfo-tur zamanı şirkətin İnsan Resursları Departamentinin rəhbəri Ziba Musatafayeva, Azercell Şirkətinin Biznes Təhlili Şöbəsinin rəhbəri Azad Hüseynov, Azercell-in İnsan Qaynaqları departementinin Şöbələrin və İstedadların İdarəedilməsi şöbəsinin rəhbəri Aytən Fərzəliyeva və Azercell-in Texnologiyalar departamentinin ekspert-mühəndisi Asif İbrahimov və digərləri tələbələrə "GSM texnologiyası ilə tanışlıq", "Məhsulların idarə olunması" və "Öz Brendini Yarat" mövzusunda qısa sessiyalar keçiblər.

Məlumat üçün bildirək ki, Azercell indiyə qədər "SABAH” tələbələri üçün bir sıra maraqlı tədbirlər həyata keçirib. Belə ki, şirkət "SABAH” tələbələri üçün yay təcrübə proqramı təqdim edib. Bu layihədə yer alan 4 nəfər tələbə təcrübə proqramına cəlb edilərək, şirkətin Maliyyə, Texnologiyalar, Marketinq və Strateji partnyorluq və müştəri kanalları departamentlərində təcrübə keçmək imkanı əldə edib. Bundan əlavə, "Azercell” "SABAH” layihəsi tələbələri üçün müxtəlif təqdimatlar, görüşlər keçirib. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "SABAH” layihəsi ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. Bu layihə tələbələrə bir sıra üstünlüklər, o cümlədən əlavə müavinət, pulsuz yaşayış yeri və qidalanma, tələbə mübadiləsi proqramlarında iştirak, intellektual və yaradıcı potensialın inkişafı, müasir şirkətlərdə iş təcrübəsi və əlavə təhsil kimi üstünlükləri təmin edir.

Məlumat üçün bildirək ki, "Azercell Telekom” öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz "Azercell”dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda "Azercell”in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, "Azercell” aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Təhsilə və gənclərə yardım etmək bundan sonra da "Azercell”in prioritet fəaliyyət sahəsi olacaq.





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol