• $
  • €
  • ₽
  • ₺
  • £

AİB “Şahdəniz 2” layihəsinə 1 mlrd. dollar ayırıb

AİB “Şahdəniz 2” layihəsinə 1 mlrd. dollar ayırıb
07.12.2016 10:34
Asiya İnkişaf Bankı (AİB) dünyada ən iri qaz yataqlarından biri olan "Şahdəniz 2” layihəsinin genişləndirilməsi məqsədi ilə dövlət və özəl sektora 1 mlrd. dollar ayırıb.
 
APA-Economics AİB-in saytına istinadən xəbər verir ki, maliyyə dəstəyinə "Cənub Qaz Dəhlizi” QSC üçün özəl sektora 500 mln. dollar vəsaitin ayrılması və əlavə 500 mln. dollarlıq kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət beynəlxalq banklar tərəfindən QSC-yə verilən 526 mln. dollarlıq kommersiya kreditlərinə aiddir.  
 
Məlumatda bildirilib ki, AİB-in maliyyə yardımını hökumət sosial ehtiyaclara və karbohidrogendən asılı olan  Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi səylərinin davam etdirilməsinə yönəldə bilə bilər.
 
"AİB 2015-ci ildə özəl sektor vasitəsi ilə Şahdəniz qaz yatağının genişləndirilməsi üçün layihəyə güclü dəstək verib. Cənub Qaz Dəhlizinə təklif olunan yardım AİB-in bu mühüm layihənin inkişafı istiqamətində fəaliyyətə olan inamın  bariz nümunəsidir”, - deyə AİB-in özəl sektor üzrə əməliyyatlar departamentinin baş direktoru Maykl Barrou vurğulayıb.
 
AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Şon O Sallivan bildirib ki, Azərbaycan iqtisadiyyatının əsas məqsədlərindən biri olan Şahdəniz layihəsinin genişləndirilməsi ölkənin uzunmüddətli gəlirlərini təmin etməyə və Avropaya qaz ixracının şaxələndirilməsinə xidmət edəcək:
 
"AİB-in dəstəyi özəl sektor üçün iqtisadi imkanlar yaratmağa, minlərlə iş yerinin açılmasına, eləcə də Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin daha da inkişafına kömək edəcək”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol