Bəzi müəssisələrlə bağlı TƏKLİF

"Gəncədə xalçaçılıq kombinatı və toxuculuq fabrikinin fəaliyyətini bərpa etmək lazımdır".
ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2017-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə bu, ölkədə yüngül sənayənin inkişafı baxımından çox vacibdir.
Millət vəkili deyib: "Əvvəl xalçaçılıq kombinatında 2,5 milyon kvadratmetr xalça istehsal olunurdu. İndi isə müəssisənin fəaliyyəti dayanıb, biz isə Çin və Dubaydan xalça idxal edirik".
O, həmçinin bu müəssisələrin fəaliyyətinin bərpa edilməsinin 3 minədək yeni iş yeri yaradılmasına səbəb olacağını deyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















