• $
  • €
  • ₽
  • ₺
  • £

BNA: Bəzi avtobus dayanacaqlarının yerləşmə məsafələri standartlara uyğun deyil

BNA: Bəzi avtobus dayanacaqlarının yerləşmə məsafələri standartlara uyğun deyil
13.12.2016 10:14
Bakı şəhərində bir sıra ərazilərdə avtobus dayanacaq məntəqələrinin yerləşmə məsafələri standartlara uyğun olmamaqla yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bir çoxunda müvafiq olaraq yol nişanları quraşdırılmayıb.
 
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, qurum tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub.
 
Vətəndaşların və daşıyıcıların müraciətlərinə və aparılan təhlillərə əsasən, paytaxtın müxtəlif ərazilərində artıq 26 dayanacaq nişanı yerləşdirilib və hazırda bu proses davam etməkdədir. İlin sonunadək 75 belə nişanın quraşdırılması nəzərdə tutulub. Sərnişinlər nişanlardakı məlumat lövhələri vasitəsilə məntəqənin ünvanı, dayanacaqda sərnişinlərə xidmət edən marşrutların nömrələri, onların keçdiyi dayanacaq məntəqələrinin adları, intervalları, ilk və son avtobusun dayanacaqdan keçmə vaxtı barədə məlumat ala biləcəklər.
 
Nişanların quraşdırılması prosesi çərçivəsində 8 ünvanda yeni avtobus dayanacağı da müəyyən edilib. Həmin ünvanlar bunlardır:
 
1. Mətbuat pr. 37a
2. Mir Cəlal küç. 174
3. Mir Cəlal küç. 276
4. Mir Cəlal küç. 326
5. Ziya Bünyadov pr. 65
6. Ziya Bünyadov pr. 98
7. Təbriz küç. 30 və yolun əks istiqamətində.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol