Tələb təklifi ikiqat üstələdi - HƏRRAC

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bugünkü hərracda tələb 101 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,30% təşkil edib.
Xatırladaq ki, AMB bugünkü hərracda 50 mln. manat məbləğində vəsait cəlb etməyi nəzərdə tutub. Depozit hərracının müddəti 14 gün təşkil edir.
AMB-nin açıqlamasında deyilirdi ki, hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edəcək.
Hərrac "Bloomberg" ticarət platformasında keçirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























