• $
  • €
  • ₽
  • ₺
  • £

Metallurgiya kompleksi tikiləcək - Sumqayıtda

Metallurgiya kompleksi tikiləcək - Sumqayıtda
20.12.2016 12:55
Bu gün Bakıda Sumqayıt şəhərində müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb.

"Report” xəbər verir ki, saziş "Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda keçirilən tədbir çərçivəsində imzalanıb.

Sumqayıtda yeni metallurgiya kompleksinin inşasına dair saziş Azərbaycanın "Baku Steel Company" və İtaliyanın "Danieli" şirkətləri arasında imzalanıb.

Tədbirdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Sumqayıt şəhərində inşa ediləcək metallurgiya kompleksinin dəyəri 1,225 mlrd. avrodur.

Nazir qeyd edib ki, bu kompleksin nəzdində 5 zavod inşa olunacaq: "Metalurgiya kompleksi İtalyanın "Danieli" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində inşa edilir. Kompleks 3 ilə özəl investisiyaların cəlbi ilə tikiləcək. Yəni, kompleks dövlət zəmanəti hesabına inşa edilməyəcək. Burada inşa edilən zavodlarda polad tökümündən tutmuş polad təbəqəsinin hazırlanmasına kimi metalurgiya məhsulları hazırlanacaq. Eyni zamanda, ölkədə muasir metallurgiya kompleksinin inşası və fəaliyyəti nəticəsində Azərbaycan özünü sənaye məhsulları ilə tam təmin edəcək. Polad istehsalı nəticəsində Azərbaycan ildə 500 mln. dollara qənaət etmiş olacaq. Burada istehsal olunan məhsulların yarıdan çoxu ixracyönümlü olacaq. Eyni zamanda, Sumqayıtda yerləşən peşə tədris məktəbi yüksək ixtisaslı kadrların hazırlanması işinə cəlb olunacaq".

Ş.Mustafayev vurğulayıb ki, kompleksin tikintisi dövründə 4 000-ə, tikinti dövründən sonra isə 1 200-ə yaxın insan işlə təmin ediləcək: "Ümumilikdə isə digər zavodlar da bu işə cəlb olunduqdan sonra 6 mindən çox iş yeri açılacaq".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol