• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədən Azərbaycana təklif: "Milli valyutaya keçək"

Türkiyədən Azərbaycana təklif: "Milli valyutaya keçək"
21.12.2016 10:27
Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarətdə milli valyutaya keçid iqtisadi artıma kömək edəcək, ölkələr arasında xarici ticarət əməliyyatlarını gücləndirəcək və sabitləşdirəcək.

ANN.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci deyib.

Nazirin sözlərinə görə, qarşılıqlı ticarətdəki hesablamalarda Azərbaycan manatı və türk lirəsindən istifadə çox əhəmiyyətlidir. Belə ki, bu, xərcləri aşağı salmağa, risklərə nəzarəti artırmağa və ölkələrin milli ehtiyatlarının xarici faktora qarşı həssaslığını azaltmağa imkan verəcək:

"Həmçinin ticarətdə milli valyuta ilə hesablamalar xüsusilə böhran dövründə xarici valyuta defisiti ilə əlaqədar mənfi təsirlərin qarşısını alacaq. Valyuta məzənnələrinin dəyişməsi riskinin qarşısının alınması idxal olunan malların qiymətində qeyri-müəyyənliyi, eləcə də xarici ticarətdə ziddiyyətləri azaldacaq”.

B.Tüfenkçi qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətləri xalqların qardaşlığına əsaslanıb: "Bu, iqtisadi və diplomatik münasibətlərdən də üstündür”.

Nazir bildirib ki, iki dövlət, bir millət – Türkiyə və Azərbaycanın münasibətləri ən yüksək səviyyədədir və getdikcə möhkəmlənəcək.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında cari qeyri-sabit vəziyyət ölkələr arasında qarşılıqlı ticarətə də təsir göstərib:

"Türkiyənin Azərbaycana ixracı 2014-cü ildə 2,9 milyard dollar, 2015-ci ildə 2 milyard dollar, Azərbaycan məhsullarının idxalı isə müvafiq olaraq 291 milyon və 232 milyon dollar təşkil edib. Türkiyə 2014-cü ildə Azərbaycana 1,9 milyard dollar, 2015-ci ildə 276 milyon dollar, Azərbaycan isə Türkiyəyə müvafiq olaraq 884 və 839 milyon dollar investisiya yatırıb”.

B.Tüfenkci deyib ki, Türkiyə 2023-cü ilədək güclü iqtisadiyyata malik ölkələrin onluğuna düşməyə hədəflənib və bunun üçün 2002-2016-ci illərdə olduqca böyük yol qət edib:

"Türkiyə region ölkələri ilə ticarət əməliyyatlarını sadələşdirərək və təhlükəsizliyi artıraraq öz iqtisadiyyatını gücləndirmək istəyir. Bunun üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, İran və Çinə qarşılıqlı hesablamaları milli valyutalarla aparmağı təklif edib. Bununla bağlı artıq danışıqlar aparılır. Bu ölkələrlə ticarətdə yerli valyutalara keçid Türkiyə xarici ticarətinin böyük hissəsini dollar və avrodan istifadə etmədən həyata keçirməyə imkan verəcək”.

Nazir qeyd edib ki, Rusiya bu təşəbbüsə müsbət reaksiya verib və rəsmi şəxslər bəyan ediblər ki, qısa müddətdə ticarətdə milli valyutaya keçid üçün addımlar atıla bilər:

"İran parlamentinin spikeri Əli Laricani də Ərdoğanın təklifini dəstəkləyib və bəyan edib ki, Tehran ticarətdə milli valyutaya keçməyə hər zaman hazırdır. Çin və Türkiyə arasında isə cari il noyabrın 26-da ilk valyuta mübadiləsi aparılıb. İnanırıq ki, yaxın vaxtlarda biz bu təşəbbüsdən müəyyən nəticələr əldə edəcəyik”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol