• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni zavod tikilir

Azərbaycanda yeni zavod tikilir
26.12.2016 16:41
Gəncədə "Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməlqoyma mərasimi keçirilib.

ANN.Az "Report”a istinadən xəbər verir ki, təməlqoyma mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov və şəhər ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Şəhərdə yeni sənaye obyektlərinin tikildiyini qeyd edən E.Vəliyev bildirib ki, bunun nəticəsində ölkənin inkişaf etməsi ilə yanaşı, 100-lərlə insan işlə təmin olunacaq.

"Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru A.Həsənov 37,5 hektar ərazidə yerləşəcək zavodun bağlı sahəsinin 50 min kvadratmetr olacağını vurğulayıb. 

Bu sahənin 2016-cı ilin mart ayında "Satınalma və Ticarət” MMC-yə verildiyini qeyd edən zavod direktoru bildirib ki, ərazi əvvəllər təpələrdən və dərələrdən ibarət olub. 

Ərazinin düzəlməsi, hamarlanması və bərkidilməsində 8 ay ərzində 150 nəfər işçi çalışıb. Zavodun Cənubi Qafqazda yeganə suni mərmər və qranit istehsal edəcəyini vurğulayan A.Həsənov qeyd edib ki, tikinti materialları ölkə xaricinə də ixrac ediləcək.

Qeyd edək ki, dəmiryolu xəttinin vasitəsilə xammalların ətraf rayondan tikinti gedən sahəyə danışması, onları hazır məhsula çevrilib, yerli və xarici bazarlara çıxarılması nəzərdə tutulub.

2017-ci ilin noyabr ayında istehsala başlayacaq zavodda 400 nəfərdən çox işçi çalışacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol