"Azərişıq": "Elektrik enerjisi təchizatında fasilələr yaranıb"

Bakı və Sumqayıtdakı elektrik stansiyalarının qaz təchizatı dayandırılıb.
"Azərişıq”ASC Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.
Bununla əlaqədar olaraq, "Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhduduyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.
Yaranmış narahatlığa görə "Azərişıq” abonentlərindən üzr istəyir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























