Bakı-İstanbul aviareysi təxirə salındı

"Türkiyə Hava Yolları" şirkətinin Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına bu gün səhər saatlarında həyata keçirilməli olan reysi təxirə salınıb.
Bu barədə "Report" Heydər Əliyev Beynəlxalq Hava Limanına istinadən xəbər verir. Aeroportdan təxirə salınmaya səbəb kimi sərnişin azlığı göstərilib. Təyyarə bu gün səhər saat 06:10-da Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçmalı idi.
Xatırladaq ki, THY-nin bu gün səhər 03:50-də Bakıya çatmalı olan İstanbul (Sabiha) - Bakı uçuşu da təxirə salınıb. Aeroportdan bildirilib ki, digər reyslərdə heç bir dəyişiklik yoxdur və qrafik üzrə həyata keçirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























