Nazirlikdə yeni TƏYİNATLAR

Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsinin müvəqqəti icrası Elçin Namazlıya həvalə olunub.
"APA-Economics" xəbər verir ki, bu barədə qurumun saytında yer alan məlumatda deyilir.
Bundan öncə adıçəkilən vəzifəni Ağasəməd Əfəndiyev tutub. Vergilər naziri Fazil Məmmədovun əmrinə əsasən A. Əfəndiyev Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə təyin olunub.
***
Vergilər naziri Fazil Məmmədovun əmri ilə yeni yaradılan Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamentinə rəhbərlər təyin olunub.
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, Habil Məmmədov Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamentinin baş direktoru təyin edilib.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsi Ağasəməd Əfəndiyevə həvalə olunub.
Sərxan Məmmədov isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru olub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















