• $
  • €
  • ₽
  • ₺
  • £

12 kredit ittifaqı bağlandı - Azərbaycanda

12 kredit ittifaqı bağlandı - Azərbaycanda
29.05.2020 04:23
Azərbaycanda 12 kredit ittifaqının lisenziyaları ləğv edilib.

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən "Arzu Kredit İttifaqı”, "Azəriinvest Kredit İttifaqı”, "Cənub Kredit İttifaqı”, "Ceyhun Kredit İttifaqı”, "Compass Kredit İttifaqı”, "F.A.S. Kredit İttifaqı”, "Həkəri Kredit İttifaqı”, "Kredo-İnvest Kredit İttifaqı”, "Real Kredit İttifaqı”, "Tərəkəmə Kredit İttifaqı”, "Tural Kredit İttifaqı” və "Yardımlı Kredit İttifaqı”nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Palatadan Trend-ə verilən məlumata görə, lisenziyaların ləğv edilməsinə səbəb sözügedən kredit ittifaqları tərəfindən hesabatlıq qaydalarına riayət olunmaması, habelə bu təşkilatlar üzrə 2015-ci il üçün kənar auditin aparılmaması faktları olub.

Palata "Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 4.4.4-cü və Palatanın Nizamnaməsinin 5.3.20-ci yarımbəndlərini rəhbər tutaraq sözügedən kredit ittifaqlarının fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.

Qeyd edək, Palata fəaliyyətə başladığı dövrdən etibarən bank sektorunda aktiv siyasət və tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə də xüsusi nəzarət rejimi tətbiq etməyə davam edir. Belə ki, kredit təşkilatları tərəfindən prudensial normativlərə və mövcud qanunvericiliyin tələblərinə riayət olunmaması hallarına qarşı adekvat tədbirlər görülür.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol