Rusiya Azərbaycandan kran gəmisi kirayələyəcək

Rusiyaya məxsus "Marine Offshore Contractor" MMC "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Qurban Abbasov" kran gəmisini icarəyə götürmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə QSC məlumat yayıb.
Məlumata görə, bu məsələ ilə bağlı danışıqlara artıq başlanılıb.
QSC nümayəndəsi Rauf Vəliyevlə söhbət zamanı qarşı tərəf bildirib ki, kran gəmisinə baxış keçiriblər və texniki göstəricilər onları qane edir.
Görüşdə həmçinin gələcəkdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























