• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Dəyişikliklərlə əlaqədar bankların proqram təminatı yenilənir

Nazirlik: Dəyişikliklərlə əlaqədar bankların proqram təminatı yenilənir
12.01.2017 11:06
"Vergi Məcəlləsinə edilən sonuncu dəyişikliklərlə əlaqədar banklarda proqram təminatı yenilənir".
 
Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib.
 
Onun sözlərinə görə, qanunlar qəbul olunana və Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minənə qədər Vergilər Nazirliyi və Banklar Assosiasiyasına üzv olan bankların 70-ə yaxın nümayəndəsi ilə görüş keçirilib:
 
"Qanunun tətbiqi ilə bağlı yarana biləcək bütün suallara ətraflı cavab verilib. Dünən də Vergilər Nazirliyində Banklar Assosiasiyası ilə geniş tərkibdə görüş keçirilib. Qanunun tətbiqi ilə bağlı müddəa yalnız qanunun özündə göstərilir. Heç bir mərkəzi icra hakimiyyəti orqanı və Vergilər Nazirliyi qanunun qüvvəyə minməsi ilə bağlı müddəti dəyişdirə bilməz və ya möhlət verə bilməz. Bizim Banklar Assosiasiyası ilə səmərəli əməkdaşlığımız davam edir. Biz hesab etmirik ki, bu qanunun tətbiqi ilə bağlı banklarda hər hansı bir qeyri-müəyyən suallar var. Təbii ki texniki olaraq banklarda müəyyən proqram təminatında sazlama işləri gedir. Bu müddət ərzində mütəmadi olaraq hətta görüşlər keçirilməsə belə texniki sualların dərhal ardan qaldırılması ilə bağlı işçi qrup yaratmışıq. İşçi qrupa vergilər nazirinin birinci müavini rəhbərlik edir. Bu işçi qrupda biz gündəlik olaraq yarana biləcək sualların aradan qaldırılması üzərində işləyirik".

S. Musayeva əlavə edib ki, elektron ticarət vasitəsi ilə alınan mallara vergi tətbiqi ilə bağlı qanunda müddəa yoxdur:
 
"Sadəcə olaraq qeyri-rezident tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərə işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı banklar tərəfindən ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulub. Bunu banklar da bilir. Hər hansı bur bankın qanunla müəyyən olunmuş vergidən başqa digər vergi tutması halı mövcuddursa, bununla bağlı ona xidmət edən banka müraciət etməlidir. Banklar da həmin uyğunsuzluqların aradan qaldırılması üçün qanunla müəyyən olunmuş tədbirləri görməlidir. Yəni, bu Vergilər Nazirliyi və banklar arasında yaranan sual deyil. Bu, müştəri və banklar arasında yaranan sualdır. Bu da hər hansı bankda texniki yenilənmə ilə bağlı ola bilər və bu problemi qısa zamanda aradan qaldırmaq mümkündür. Vergi Məcəlləsində ödəmə mənbəyində vergi tutma səlahiyyəti olan subyektlərin dairəsi dəqiq göstərilib. Əgər həmin subyektlər tərəfindən Vergi Məcəlləsində müəyyən olunmuş vergidən başqa digər vergi tutulursa, bu texniki səhvdir. Belə halda müştəri hesabı olan subyektlərə müraciət etməlidir". //APA-Economics

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol