• $
  • €
  • ₽
  • ₺
  • £

Ən yaxşı 10 Çin smartfonu - REYTİNQ

Ən yaxşı 10 Çin smartfonu - REYTİNQ
29.05.2020 04:50
Mütəxəssislər 2016-cı ilin ən yaxşıları elan edilən Çin istehsalı smartfonların top-10-luğunu tərtib ediblər. 

İKT.lent.az-ın "oane.ws” saytına istinadən məlumatına görə, meyarlar arasında keyfiyyət və qiymətin optimal nisbəti nəzərə alınıb.

İlk mövqedə "Zuk Z2” qərarlaşıb. Bu smartfonun "ürəyi” "Snapdragon 820” prosessorudur. Cihazın əməliyyat yaddaşının həcmi 4 GB, əlavə yaddaşının həcmi isə 64 GB təşkil edir. Cihazın qiyməti 511 manatdan çox olmayıb. 2016-cı ildə model 2 milyon ədəddən çox satılıb.
 
Fəxri ikinci yerdə isə "Xiaomi Redmi Note 3” smartfonu gəlir. Cihaz tutumlu batareyaya malikdir ki, bu da onun əsas üstünlüyü hesab edilir. Gözləmə rejimində cihaz tam bir ay işləməyə qadirdir. Smartfon 2 GB daxili yaddaşa və 16 GB əlavə yaddaşa malikdir. Bundan başqa, smartfonda barmaq izlərinin skaneri də mövcuddur.

Liderlərin üçlüyünü "Xiaomi Mi4c” smartfonu qapayır. Bu cihaz daha əvvəlki modellərinin praktiki olaraq bütün xüsusiyyətlərinə malikdir. Ancaq güc meyarında bir az geri qalır. Rusiya ərazisində bu smartfonu 240 manata əldə etmək mümkündür. 
 
Çin istehsalı olan ən yaxşı smartfonlar arasında həmçinin "Xiaomi Mi5s”, "Meizu Metal”, "LeEco Le Max 2”, "360 N4”, "LeEco Le Pro”, "LeEco Le 2”, "Xiaomi Redmi Note4” smartfonlarının adları da var.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol