Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi

Bakıda daha bir marşrut xəttinin hərəkətində dəyişiklik edilir.
Bakı Nəqliyyat Agentliyindən ANN.Az-a verilən məlumata görə, 16 yanvar 2017-ci il tarixindən Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacağından, həmin prospektdən keçən 37 saylı marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.
"Belə ki, təmirdən əvvəl Nərman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti - Landau küçəsi- Hüseyn Cavid prospekti -Landau küçəsi - Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər”, - deyə məlumatda vurğulanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























