• $
  • €
  • ₽
  • ₺
  • £

Özünü söndürə bilən "litium-ion" batareya

Özünü söndürə bilən "litium-ion" batareya
17.01.2017 21:02
Stanford Universiteti tərəfindən hazırlanan yeni litium-ion batareyalar, öz-özünü söndürə bilmək xüsusiyyəti ilə gələcək üçün ümid verir.

Dünya üzrə ən çox istifadə olunun və bilinən batareya texnologiyalarından birinin litium-ion olduğu bir həqiqətdir. Digər tərəfdən bu texnologiya, yüksək istilikdə fəlakətlərə şərait yaradacaq bir sistemə sahibdir. Yeni hazırlanan həll isə, gələcəkdə litium-ion texnologiyasının daha təhlükəsiz hala gəlməsinə şərait yarada bilər.

Gələcəkdə litium-ion batareyalar daha təhlükəsiz olacaq

Stanford Universitetindən alimlər, gələcəkdəki litium-ion batareyaların daha təhlükəsiz hala gəlməsinə şərait yaradacaq bir həll ilə diqqətləri üzərinə çəkməyi bacardı. Son vaxtlarda, xüsusilə Galaxy Note 7 hadisəsilə gündəmdən düşməyən litium-ion batareyaların istehsalat səhvi və ya sürətli şarj səbəbi ilə yanğın çıxartması və ya partlaması kimi ehtimalların bu yeni üsul ilə ortadan qaldırılması hədəflənir.

Alimlər tərəfindən hazırlanan batareyalar, alovlanmaq halında sadəcə 0.4 saniyə kimi bir vaxtda kimyəvi bir reaksiya göstəriri və öz-özünü söndürə bilir. Bunun üçün hər bir batareyanın nüvəsinə, 150 dərəcə istilikdə əriyəcək formada hazırlanmış, qoruyucu bir polimer qabıq yerləşdirilib. Bu qabıqda isə alovlanmanı gecikdirici bir kimyəvi maddə olan trifenil fosfat (TPP) var və sərbəst qaldığında, olduqca yanıcı olan elektrolitlərin alov almasına mane olaraq batareyanı dərhal söndürə bilir. Litium-ion batareyalar üçün TPP istifadə edilən həllərin daha əvvəl də sınandığı, ancaq bu sınaqlarda kimyəvi maddənin birbaşa batareya içindəki elektrolitlər ilə qarışdırıldığı bildirilir. Bu da batareya performansını istifadə edilməz hala gətirib çıxardıb.

Stanford Universiteti-nin həll üsulunda isə, hazırki mərhələdə batareyanın içərisində nə qədər sahənin istifadə edildiyi açıq deyil. Əlavə olaraq, batareya performansının vəziyyəti də dəqiq deyil. Bunlar, özünü söndürən litium-ion batareyaların, hələki smartfon və planşet kimi cihazlarda istifadə edilə bilinməyəcəyini düşündürür. Baxaq görək, texnologiyanı iOS və Android əsaslı cihazlarda nə vaxt görə biləcəyik?

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol