BP neftin qiyməti ilə bağlı 2 illik proqnozunu açıqlayıb

BP neft-qaz şirkətinin rəhbəri Robert Dadli (Robert Dudley) 2017-2018-ci illərdə dünya bazarında neft qiymətlərinin 55-60 dollar/barel diapazonunda olacağını proqnozlaşdırıb.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu R.Dadli İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu zamanı "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
Qeyd edək ki, BP şirkəti 1909-cu ildə yaradılıb və dünyanın ən böyük 6 neft-qaz şirkətlərindən biridir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























