Mobil operatorlar üçün lisenziya qiyməti artırılır

Azərbaycanda sahibkarlıq fəaliyyətinə görə tələb olunan bəzi lisenziyaların alışı üçün dövlət rüsumunun artırılması təklif olunur.
Bu, Milli Məclisin İqitsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərə əsasən, mobil operatorların fəaliyyəti üçün lisenziyanın qiyməti 5,5 min manatdan bir milyon manatadək, dərman vasitələrinin topdansatışı üçün lisenziyanın qiyməti isə 2,25 min manatdan 20 min manatadək artırıla bilər. //Trend
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























