• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ son 30 ildə müharibələrə 14 trln. dollar xərcləyib

ABŞ son 30 ildə müharibələrə 14 trln. dollar xərcləyib
23.01.2017 14:52
"Çini ABŞ-ın iqtisadi problemlərində günahlandırmaq doğru deyil. Bu problemlərin məsuliyyəti birbaşa ABŞ-ın üzərindədir. ABŞ müharibələrə xərclədiyi trilyonlarla dollarlıq vəsaiti infrastruktura və öz millətinə xərcləyə bilərdi".
 
"APA-Economics" xəbər verir ki, bunu "Alibaba" şirkətinin təsisçisi Cek Ma CNBC telekanalına müsahibəsində bildirib.
 
"Başqa ölkələr sizdən (ABŞ-dan - red.) iş yerlərinizi oğurlamır. Bu, sizin strategiyanızdır. Siz pullarınızı və resurslarınızı lazım olmayan qaydada bölüşdürürsünüz", - deyə C. Ma qeyd edib.
 
Biznesmen deyib ki, ABŞ son 30 ildə müharibələrə 14 trln. dollar xərcləyib: "Halbuki bu vəsait ABŞ-ın infrastrukturuna yatırıla bilərdi. ABŞ-ın iqtisadi artımını zəiflədən Çin deyil, qeyd etdiyim amildir. ABŞ-ın transmilli korporasiyaları qloballaşma sayəsində milyonlarla dollarla ölçülən gəlir əldə edib. Son 30 il ərzində IBM, "Cisco", "Microsoft" şirkətlərinin əldə etdiyi gəlir Çinin ən iri dörd bankının məcmu gəlirindən çoxdur. Bəs bu pullar hara getdi? ABŞ vəsaitləri düzgün bölüşdürmür: Uoll-Strit və Silikon vadisinə həddən artıq maliyyə axını var, halbuki bu vəsaitlər Orta Qərbə və ali təhsili olmayan amerikalılara yönəldilə bilər. Hər şəxsin Harvard universitetini bitirmək imkanı yoxdur".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol