Nazirlik: Xarici bankların plastik kartlarından ƏDV tutulmayacaq

Xarici banklara məxsus plastik kartlar vasitəsilə elektron ticarət qaydasında iş və xidmət alınan zaman aparılan ödənişlərdən verginin tutulması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.
Bunu "Report”un sorğusuna cavab olaraq Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildiriblər.
Qurumun açıqlamasında deyilir ki, elektron ticarət qaydasında qeyri-rezidentlərdən alınan xidmətlərə görə ƏDV yalnız Azərbaycanda qeydiyyatda olan bankların kartlarından tutulacaq: "Azərbaycanda daimi nümayəndəliyi olmayan qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman ƏDV alıcının yerli bank, xarici bankın Azərbaycandakı filialı və poçt rabitəsinin milli operatorunda açılmış hesabından tutulur”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























