• $
  • €
  • ₽
  • ₺
  • £

“WhatsApp”da 3 yeni funksiya istifadəyə verildi

“WhatsApp”da 3 yeni funksiya istifadəyə verildi
24.01.2017 18:58
Populyar "WhatsApp” internet messenceri yenilənmə nəticəsində birdən-birə 3 yeni funksiya əldə edib. 

İKT.lent.az-ın "planet-today.ru” saytına istinadən məlumatına görə, xüsusilə əlavədə offlayn rejim yaradılıb. Bu funksiya hətta mobil cihaz istifadəçisi internetə qoşulmadığı halda mətn məlumatı yığmağa imkan verəcək.
 
Təbii ki, məlumatı göndərmək mümkün olmayacaq. Ancaq onlar yaddaşda qalacaq, xüsusi növbəyə düzüləcək və internetə qoşulmanı gözləyəcək. 

Bununla belə, göndərilməmiş məlumatlar xüsusi piktoqramla (saatla) qeyd ediləcək. Göndərilmiş məlumatlar isə həmişəki işarə ilə qeyd edilir.

"WhatsApp” messencerinin yeni funksiyalarından biri də eyni anda göndərilməsi mümkün olan foto və video faylların həcminin genişləndirilməsidir. Bu funksiya müxtəlif multimedia elementlərinin genişləndiyi bir dövrdə xüsusilə aktualdır. 

Üstəlik, "WhatsApp”da əlavə saxlancı idarə etmək üçün xüsusi interfeys də mövcuddur. Bundan istifadə etmək üçün proqramın seçimlərində olan müvafiq bəndi seçmək lazım gələcək.
 
Messencerin yeni versiyasından artıq iOS və "Android” əməliyyat sistemlərindən olan əlavələrdə istifadə etmək mümkündür.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol