• $
  • €
  • ₽
  • ₺
  • £

"Neft Daşları"nda əlavə 10 quyu qazılacaq

"Neft Daşları"nda əlavə 10 quyu qazılacaq
26.01.2017 14:30
"Neft Daşları” yatağındakı 2585 nömrəli özüldə əlavə 10 quyu qazılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, SOCAR-ın "Azneft” İB-nin sifarişi ilə "Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında "Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündə əlavə 10 quyunun qazılması üçün yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Layihənin baş podratçısı "Neftqaztikinti” Trestidir. Dənizin 44 metr dərinliyində yerləşən özüldə yeni monifold bloklar yığılacaq, nəql xətləri texnoloji sxemə birləşdiriləcək, qazma avadanlıqlarının yerləşdirilməsi üçün müvafiq konstruksiyalar quraşdırılacaq. Korroziyaya qarşı mühafizə tədbirləri bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək. Yeni qazılacaq quyuların hər birindən sutkada 20 ton neft və 4500 kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, "Neft Daşları” NQÇİ tərəfindən hazırda 2585 nömrəli özüldə 16 quyu istismar edilir. Yeni obyektin cari ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulur.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol