• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” yüksəksürətli 3G və 4G şəbəkəsini genişləndirməyə davam edir

“Nar” yüksəksürətli 3G və 4G şəbəkəsini genişləndirməyə davam edir
29.05.2020 00:26
"Nar” abunəçilərin rahat və kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir.

Abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün ölkə ərazisində 2272 sayda 3G və 614 ədəd 4G (LTE) baza stansiyası quraşdırılmışdır. Beləliklə, "Nar” 5916 ədəd baza stansiyası ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir.

Bundan əlavə, "Nar” operatorunun gücləndirilmiş və genişləndirilmiş 4G (LTE) şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə artmaqda davam edir. Hazırda "Nar” LTE şəbəkəsindən faydalanmış istifadəçilərin ümumi sayı 120 000-dən çoxdur.

"Nar” öz genişləndirilmiş şəbəkəsi ilə hər bir abunəçinin tələblərinə uyğun olan müxtəlif tariflər və internet paketləri təklif edir. Abunəçilər sərfəli qiymətlərlə daha çox çeşidli mobil rabitə və internet xidmətlərindən istifadə edə bilirlər. Mobil operator tamamilə yeni "3-ü 1-də aylıq” tarifini bir müddət öncə təqdim etmişdir. Bu tarifə qoşulan istifadəçilər elə həmin andan etibarən ölkədaxili bütün istiqamətlərə 300 dəqiqə, 300 SMS və 900 MB internet trafiki əldə edirlər.

"3-ü 1-də aylıq” tarifi və mobil operatorun internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol