Banklara verilən müddət başa çatır

Sahibkarlıq hesablarından nağdlaşdırma zamanı 1%-lik verginin tutulması fevralın 1-dən tətbiq edilməyə başlayacaq.
ANN.Az Fins.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı banklardakı yeni sistemin tam hazır olduğu bildirilir.
Xatırladaq ki, Vergi Məcəlləsində edilən son dəyişikliklərə əsasən, sahibkarlıq hesablarından vəsaitlərin nağdlaşdırılması zamanı 1% vergi ödənilməlidir.
Lakin banklar bu qərarın icrasına hazır olmadıqları üçün Vergilər Nazirliyi onlara 1 ay möhlət vermişdi. Artıq 2 gündən sonra bu yenilik tətbiq edilməyə başlanılacaq.
Bundan başqa, banklarda digər vergilərin ödənilməsi də mümkün olacaq:
Xidmətlərin ödənişi (+18%);
Pul kisələri ilə bağlı xidmətlər, vəsaitlərin göndərilməsi üzrə (+10%);
Mərc oyunları, lotereyalar və digər yarışlarla bağlı ödəniş (+18%, uduş üzrə 10%)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















