• $
  • €
  • ₽
  • ₺
  • £

Barama layihələri AWITA 2017 mükafatını qazandı

Barama layihələri AWITA 2017 mükafatını qazandı
30.01.2017 17:15
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uğurları davam edir. 

Mərkəzin 2 layihəsi Azərbaycanda ilk dəfə təqdim edilən "Femmes Digitales — Azerbaijani Women in IT Club”-ın (AWIC) təşkilatçılığı ilə "Azerbaijan Women in IT Award — AWITA 2017” mükafatına layiq görülüb. Aytac Ağabəyli və Gunay Abdullayevanın təsis etdiyi "TechSos” layihəsi "İlin startapı” nominasiyasında, "Wowoman TechTech xanim” layihəsi isə "İT Sahəsində ilin qrupu / İT təhsil Proqramı /İT Təhsil Layihəsi” nominasiyasında qalib adını qazanıb. 15 mükafatlandırma kateqoriyası üzrə seçilən qaliblərin təltifat mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutub. Qeyd edək ki, qalibləri müxtəlif dövlət strukturları, İKT sahəsində fəaliyyət göstərən şirkətlər, universitetlər və kütləvi informasiya vasitələrinin nümayəndələrinin təmsil olunduğu peşəkar münsiflər heyəti seçib.

"Azerbaijan Women in IT Award — AWITA 2017” mükafatlandırması Azərbaycanda texnologiya sahəsində mövcud olan gender bərabərsizliyi ilə mübarizəyə həsr olunmuş ən böyük tədbirdir. Tədbir qadınların texnologiya sahəsində əldə etdikləri uğurların və tətbiq olunan innovasiyaların nümayişi, yeni vəzifə modellərinin müəyyənləşdirilməsi və İT sektorunda təsiredici qüvvəyə malik tərəflər arasında şaxələndirmə ilə bağlı gələcək dialoqların təşviqi vasitəsi ilə həyata keçirilir.

Məlumat üçün bildirək ki, Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES təşkilatı 2014-cü ildə təsis edilib. Təşkilatın yaradılmasının məqsədləri sırasında İKT sahəsində müxtəlif dövlət və özəl qurumlarda, həmçinin ictimai sahədə çalışan qadınları bir araya gətirmək, bu istiqamətdə onları maarifləndirmək, eləcə də bu fəaliyyət sahəsində günü-gündən inkişaf edən Azərbaycan xanımlarının karyera yüksəlişi səylərini artırmaq yer alır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol