• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya bankı ABŞ-a cərimə ödəyəcək

Almaniya bankı ABŞ-a cərimə ödəyəcək
31.01.2017 16:48
Almaniyanın "Deutsche Bank”ı 2011-2015-ci illərdə Rusiyanın qiymətli kağızlarının satışı zamanı qayda pozuntularına görə, Nyu-York ştatının bank nizamlayıcısına 425 milyon dollar həcmində cərimə ödəməyə razılaşıb. 

Oxu.Az bu barədə "Reuters”ə istinadən xəbər verir. 

Bundan başqa, Britaniyanın maliyyə nizamlayıcısı FCA banka qarşı 200 milyon dollar həcmində cəriməyə dair iddia irəli sürəcək. 

Bankın ünvanına iradlara səbəb güzgü treydinqi adlanan sxem üzrə hərəkət edən müştərilərin davranışı olub. Belə ki, onlar bu sxem üzrə Rusiyadan 10 milyard dollar vəsait çıxarıblar. 

2-3 milyon dollara olan səhmlər bir dəfəyə Moskvada rublla alınaraq qısa müddətdən sonra bankın London bölməsində satılırdı. Klirinq Nyu-York operatoru tərəfindən həyata keçirilirdi, bu isə Amerika orqanlarına irad tutmaq üçün əsas verib.  

Nyu-Yorkun maliyyə nizamlayıcısı hesab edir ki, bu sxemin həyata keçirilməsi nəticəsində bank təhlükəli və yolverilməz fəaliyyət ilə məşğul olub, müvafiq olaraq ştatın qanunları pozulub. 

"Deutsche Bank” bu zaman hansı məqsədin güdüldüyü, faktiki hədəfi müəyyən edə bilmədiyini bildirib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol