• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda köhnə və yeni mənzillər arasında qiymət fərqi dəfələrlə azalıb

Bakıda köhnə və yeni mənzillər arasında qiymət fərqi dəfələrlə azalıb
02.02.2017 18:14
Bakı şəhəri ərazisində 2013-2016-cı illər ərzində təkrar mənzil bazarında yeni və köhnə tikili mənzillərin arasındakı qiymət fərqi təxminən 5 dəfə azalaraq 3%-ə düşüb.
 
Fins.az xəbər verir ki, bu, "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalar nəticəsində üzə çıxıb.

Məlumata görə, yeni tikililər isə son 10 il ərzində tikilən binalardır: "Təkrar mənzil bazarı – köhnə və yeni tikilmiş mənzillərə bölünür. Köhnə tikili mənzillər – "stalinka”, "xruşovka”, "brejnevka” və s. layihələrdən ibarətdir, yeni tikililər isə son 10 il ərzində tikilən binalardır".

Biriliyin məlumatında deyilir ki, ənənəvi köhnə tikili mənzillərin qiyməti yeni tikili mənzillərdən baha olub və arasındakı qiymət fərqi 15-20% təşkil edib.

"Hazırda bu qiymət fərqi 3% təşkil edir: diaqramda göründüyü kimi, Bakı şəhəri üzrə 2013-cü ildən 2016-cı ilin sonuna kimi yeni və köhnə tikili mənzillər arasındakı olan qiymət fərqi ildən ilə azalır. Belə ki, 2013-cü ildə Bakı şəhəri üzrə köhnə tikili mənzillərin yeni tikili mənzillərdən 16% bahalı olduğunu müşahidə edirik, 2016-cı ildə isə bu göstərici 3% təşkil edib. Qiymət fərqinin enmə tendensiyası yeni tikili mənzillərin xeyrinə olduğu zaman, tələbatın qlobal dəyişməsinə səbəb ola bilər. Yəni, yeni, müasir və keyfiyyətli mənzillərə tələbat çoxalır, köhnə tikili mənzillərə isə tələbat tədricən azalır”, - deyə hesabatda qeyd olunub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol