• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir 4 nəfər əməkdaşına töhmət verdi

Nazir 4 nəfər əməkdaşına töhmət verdi
08.02.2017 12:15
İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsi tərəfindən 2016-cı il ərzində qurumun Aparatında əmək intizamına riayət olunması vəziyyəti üzrə gündəlik monitorinqlər keçirilmiş və nəticələri nazirliyin rəhbərliyinə təqdim edilib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, cari ildə nazirliyin əməkdaşları tərəfindən icra intizamı pozuntularına yol verildiyinə görə, Daxili nəzarət şöbəsinin apardığı araşdırmaların nəticələri üzrə müvafiq əmrlə qurumun 4 əməkdaşına töhmət verilib.

Bundan əlavə, həmin əmrlə nazirliyin Aparatının bölmələrinin, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinə vəzifə, funksiya və səlahiyyətlərin Nazirliyin strukturları və əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsinə, əmək və icra intizamına riayət edilməsinə nəzarətin gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.

İqtisadiyyat nazirinin müvafiq əmrinə əsasən, Daxili nəzarət şöbəsi tərəfindən nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurum olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin fəaliyyəti yoxlanılaraq nəticələri iqtisadiyyat nazirinə məruzə olunub və müvafiq əmrlə aidiyyəti üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.

Bundan əlavə, hazırda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə baxılmasının, eləcə də istehlakçıların hüquqlarının və qanuni mənafelərinin qorunması işlərinin qanunvericiliyə uyğunluğu vəziyyətinin yoxlanılması davam etdirilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol