"Rosneft" və SOCAR "Abşeron" yatağı üzrə danışıqları dondurub

"Rosneft" və SOCAR "Abşeron" yatağı üzrə aktiv danışıqlar aparmır. "APA-Ecnomics" xəbər verir ki, bunu "Rosneft"in departament direktoru Kris İnçkomb "Interfax" agentliyinə müsahibəsində bildirib.
"Sözügedən yataqla bağlı aktiv danışıqlar getmir. Lakin biz Xəzər dənizindəki başqa layihələrin qiymətləndirilməsini davam etdiririk", - deyə o bildirib.
Bundan öncə SOCAR prezidenti Rövnəq Abdullayev Ümumdünya Enerji Forumunda bildirib ki, "Rosneft" "Abşeron" yatağına maraq göstərir. SOCAR prezidenti əlavə edib ki, "Rosneft" SOCAR-ın "yalnız "Abşeron" üzrə tərəfdaşı deyil".
SOCAR-ın hesablamalarına görə, adıçəkilən yatağın ehtiyatları 150-300 mlrd. kubmetr təşkil edir. Layihənin səhmdarları SOCAR, "Total" (hər biri 40%) və "GDF Suez" (20%) şirkətləridir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























