• $
  • €
  • ₽
  • ₺
  • £

Proqnoz: Azərbaycanda dolların ucuzlaşması davam edəcək

Proqnoz: Azərbaycanda dolların ucuzlaşması davam edəcək
21.02.2017 20:03
Report: Real effektiv məzənnə 85-95% diapazonunda olmalıdır

REPORT.AZ/ Azərbaycanda yaxın vaxtlarda ABŞ dollarının məzənnəsi ucuzlaşmağa davam edəcək.
 
"Report"un analitik qrupu bildirir ki, buna səbəb kimi Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələr - Türkiyə, Rusiya və Çində dolların ucuzlaşması amili göstərilir. Belə ki, bu ölkələrdə dolların məzənnəsinin aşağı düşməsi Azərbaycana idxal olunan malları dollar ekvivalentində bahalaşdırıb (satış qiymətləri yerli valyutada sabit qaldığı üçün). Bu da öz növbəsində daxili bazardakı qiymətlərdə əksini tapır. Azərbaycanda dolların məzənnəsinin artması bu ölkələrdən gələn malların manat ekvivalentində qiymətlərini daha da artırır. Bu da əhalinin alıcılıq qabiliyyətini aşağı salmaqla yanaşı bəzi mallar üzrə qıtlıq yaradır. Qeyd olunan səbəbdən yaxın günlərdə Azərbaycanda dolların məzənnəsinin 1,60-1,65 AZN/USD səviyyəsinə kimi geriləməsi istisna edilmir.

Qeyd edək ki, Azərbaycan manatının real effektiv məzənnəsinin 85-95% səviyyəsində sabitləşməsi qənaətbəxş hesab edilir. Real effektiv məzənnə bu səviyyədən yuxarı olarsa, idxalın artması, aşağı olarsa - alıcılıq qabiliyyətinin zəifləməsi və bir sıra mallarda qıtlığın yaranmasına səbəb ola bilər. Xatırladaq ki, manatın real effektiv məzənnəsi, yəni manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni, bu, milli valyutanın bir neçə valyutaya nəzərən ortaçəkili dəyişmə indeksidir. Real effektiv məzənnənin azalması manatın dəyərinin ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə ucuzlaşması deməkdir. 

Xatırladaq ki, Azərbaycanda dolların ucuz olduğu 2008-2015-ci illərdə real effektiv məzənnə 120-130% diapazonunda, 2015-ci ilin yanvarında, ilk devalvasiya ərəfəsində isə 153,1% təşkil edib. 2016-cı ildə isə real effektiv məzənnə 87-92,8% diapazonunda olub. Manatın real effektiv məzənnəsinin 2000-ci ildən indiyədək ən minimal həddi isə 2004-cü ildə (74,2%) qeydə alınıb.

Qeyd edək ki, 2016-cı ilin sonuna manatın real effektiv məzənnəsi 91,3%-ə bərabər olub. İlin əvvəlindən isə ticarət tərəfdaşı olan ölkələrin valyutaları üzrə baş verən ucuzlaşma səbəbindən bu göstərici azala bilər. Belə ki, Türkiyədə dolların məzənnəsi bu ilin maksimal səviyyəsindən 8%, Rusiyada 8%, Çində isə 1% azalıb. Azərbaycanda prosesin qarşısının alınması üçün dolların məzənnəsinin ucuzlaşdırılması vacibdir. Qeyd edək ki, Azərbaycanda dolların rəsmi məzənnəsi bu ilin maksimal həddindən 9% aşağı düşsə də, banklardakı dolların satış qiyməti 4% azalıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol