• $
  • €
  • ₽
  • ₺
  • £

Fevralın 26-da Bakıda yollar bağlanacaq

Fevralın 26-da Bakıda yollar bağlanacaq
23.02.2017 13:44
Fevralın 26-da Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı Xətai rayonu Xocalı prospektindəki "Ana fəryadı” abidəsi qarşısında keçiriləcək izdihamlı yürüşün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi üçün paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərə bütün avtomobillərin hərəkəti həmin gün məhdudlaşdırılacaq.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA-ya bildirib ki, yürüşçülərin Neftçilər və Bülbül prospektlərinin kəsişməsindən başlayaraq, Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə Xocalı prospekti "Ana fəryadı” abidəsi ətrafında dövrə edib, eyni marşrutla 28 May, A. Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub.
 
Bununla əlaqədar aşağıdakı marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
 
1. Bakı-Ələt yolunun 14-cü km-dən və Sədərək T/M-nin çıxışından 3-cü kənar dairəvi yola;
2. 20-ci sahə dairəsindən Dağ Üstü park yolu ilə Badamdar qəsəbəsinə;
3. Bayıl qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən – 20 ci sahə qəsəbəsinə;
4. Bayraq meydanı, "Dalğa plaza” inzibati binasının yanından M.Useynov küçəsinə.
Eləcə də, Niyazi, Teymur Elcin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu Zavod dairəsindən, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsilə kəsişməsindən, Afiyəddin Cəlilov - Nəcəfqulu Rəfiyev küçələri kəsişməsindən, Heydər Əliyev Mərkəzinin inzibati binası yanından, Xətai Prospekti Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyov, Xəqani, Puşkin, 28 may, R.Zorqe, K.Səfərəliyeva, Fikrət Əmirov kücələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkət istiqamətinin dəyişdirilməsi planlaşdırılıb.
 
Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin dünya və ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Anım mərasimdə iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.
 
Hava limanı istiqamətində cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol