• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank bu il 1,5 milyon manat ipoteka krediti verib

Unibank bu il 1,5 milyon manat ipoteka krediti verib
28.02.2017 10:49
İlin əvvəlindən bu yana Unibank tərəfindən ümumi məbləği 1.5 milyon manat olan ipoteka krediti ayrılıb. 2016-ci ilin sonunda ayrılmiş 2 mln. AZN adi, 2 mln. AZN sosial limit isə hal-hazırda tam şəkildə bölünüb Bu günlərdə İpoteka Fondu tərəfindən Unibanka ayrılan əlavə 5 milyon manatlıq vəsaitin istifadəsi ilə bağlı da artıq banka 70-ə yaxın müraciət daxil olub.

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ümumi ipoteka krediti portfeli isə 39,2 milyon manatı ötüb. 2006-cı ildən bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1100-dən artıq ipoteka kreditləri verilib. Hazırda bankda 1089 aktiv kredit var.

İpoteka kreditləri Unibankın Bakıda "17 saylı” ("Sahil”), "Yasamal” və "8 saylı” filiallarında, bölgələrdə isə "Sumqayıt” və "Kəpəz” filiallarında ayrılır.

Unibank ipoteka müştəriləri üçün bu günlərdə yeni bir xidmət də istifadəyə verib. Müştərilər ipoteka ödənişlərini banka gəlmədən birbaşa öz smartfonlarından- Unibank Mobile-dan ödəyə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol