Bank of Baku-nun müştəriləri tezliklə ev sahibi olacaq!

Ev əldə etmək arzusunda olan şəxslər Bank of Baku-nun təqdim etdiyi ipoteka kreditlərindən faydalana bilərlər. Azərbaycan İpoteka Fondunun müvəkkil təşkilatlarından biri olaraq Bank of Baku mənzil almaq istəyən şəxslərə fondun ayırdığı vəsait hesabına 100.000 AZN-dək həcmində kredit təklif edir.
Kreditin maksimal müddəti 25 il, maksimal illik faiz dərəcəsi 8% təşkil edir. Şərtlərə əsasən tələb olunan ilkin ödəniş məbləği 30% həcmindədir. Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:
* Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;
* Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
* Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
* İş yerini və gəlirlərini təsdiq edən sənədlər.
Sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank of Baku-ya müraciət edə bilərlər.
İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet ünvanından http://www.amf.az/az/ tanış ola bilərsiniz.
Bank of Baku-nun təqdim etdiyi bu və digər kredit məhsulları haqqında məlumatı bu linkə http://www.bankofbaku.com/az/loans/ keçid alaraq və ya Bankın 145 Məlumat Mərkəzinə zəng edərək əldə etmək olar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















