Dövlət Toxum Fondu tender keçirir

Fond günəbaxan bitkiləri toxumu emal edən fabrikdə avadanlıqlar quraşdırmaq istəyir.
ANN.AZ/ "Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Toxum Fondu 3-5 ton/saat dənli, 1-2 ton/saat günəbaxan bitkiləri toxumu emal edən fabrikdə avadanlıqların quraşdırılması üçün açıq tender elan edib.
"ANN" xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır.
İddiaçılar ilkin sənədləri martın 17-nə qədər, tender təklifi və bank zəmanətini isə aprelin 6-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 80 ünvanına təqdim etməlidirlər.
Təkliflərə aprelin 7-si, saat 11:00-da qeyd olunan ünvanda baxıllacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























