• $
  • €
  • ₽
  • ₺
  • £

"Çudo Peçka"nın bütün mağazaları bağlandı

"Çudo Peçka"nın bütün mağazaları bağlandı
02.03.2017 18:18
"Çuda Peçka" mağazalar şəbəkəsi fəaliyyətini tamamilə dayandırıb.

ANN.Az musavat.com-a istinadən bildirir ki, martın 1-də "Çudo Peçka"nın "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında yerləşən mağazası da qapadılıb. Mağazada fəaliyyət göstərən işçilərə isə maaşları verilməyib.

Əldə etdiyimiz məlumata görə, son günlər "Çudo Peçka"nın rəhbəri Anar Cəlilov şirkətin metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında yerləşən mağazasında otururmuş. İcarə haqqını verə bilmədikləri üçün şirkətin əsas ofisi də bir neçə gün öncə qapadılıbmış.

Məlumata görə, Anar Cəlilov son günlər maddi sıxıntılar içərisindəymiş. Bildirilir ki, o, hətta şəxsi ehtiyaclarını ödəməyə belə, pul tapmırmış. Anar Cəlilovun bütün mülklərinin girovda olduğu bildirilir. Aylardır ki, maaş ala bilməyən işçilər məhkəməyə müraciət etsələr də heç bir nəticə yoxdur. Bildirilir ki, "Çudo Peçka"da çalışan əməkdaşların hər birinə Anar Cəlilovun borcu var. İşçilər maaşını tələb etdikdə isə o, pulunun olmadığını söyləyir.

Əldə etdiyimiz məlumata görə, "Çudo Peçka"nın bağlanan mağazasının yerində yenidən şirniyyat yeri fəaliyyət göstərəcək. Lakin həmin obyektləri Türkiyə vətəndaşları işlədəcəklər.

Onu da qeyd edək ki, ötən il "Çudo Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarı ilə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevdən alınaraq, şirkətin qurucusu, iş adamı Çingiz Cəlilova qaytarılmışdı (Çingiz Cəlilov şirkətin rəhbəri Anar Cəlilovun atasıdır).

Belə ki, "Çudo peçka" mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün "Bank Standart"dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.

Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr "Bank Standart"ın girovluğunda qalıb. Bankın səhmlərinin böyük bir hissəsinin isə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, "Çudo peçka" da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi.

Mağazalar şəbəkəsi sahibinə qaytarıldıqdan sonra da problemlər düzəlmədi və xeyli sayda işçilər ixtisar olunub, bir neçə mağaza bağlanıldı. Bu ilin fevral ayında isə şəbəkənin "Əhmədli", "Neftçilər" və "28 May" metrostansiyalarının yaxınlığında yerləşən mağazaları fəaliyyətini dayandırmışdı.

Qeyd edək ki, hazırda fəaliyyəti tamamilə dayandırılan "Çudo Peçka"nın bir zamanlar metronun "İnşaatçılar", "İçərişəhər", "Sahil", "28 May", "Nəriman Nərimanov", "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyalarının çıxışlarında da kafe-mağazaları fəaliyyət göstərib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol