• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ötən il əhaliyə satılan qazın həcmi 16% artıb

Azərbaycanda ötən il əhaliyə satılan qazın həcmi 16% artıb
07.03.2017 12:15
Daxili bazarda 42 min ton maye qaz yanacağı satılıb.

ANN.AZ/ Azərbaycanda 2016-cı il ərzində qaz təchizatı sisteminə verilmiş 13,7 mlrd. kubmetr təbii qazın 3,1 mlrd. kubmetri əhali istehlakçılarına çatdırılıb.

"ANN” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd edilib ki, ötən il əlavə yaşayış məntəqələrinin qazlaşdırılması və yeni tikinti obyektlərinin istifadəyə verilməsi hesabına əvvəlki illə müqayisədə əhaliyə satılan təbii qazın həcmi 423,7 mln. kubmetr və ya 16% artıb.

Hesabata əsasən, daxili bazarda 42 min ton maye qaz yanacağı satılıb: "Naxçıvan Muxtar Respublikasına təbii qaza olan tələbatın ödənilməsi məqsədi ilə 261 mln. kubmetr qaz verilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) çərçivəsində 7 837 km müxtəlif təyinatlı qaz kəmərlərinin, 4 qazpaylayıcı stansiyasının, 2 ölçü qovşağının tikintisi başa çatdırılıb, digər əsaslı və cari tikinti-təmir işləri görülüb. Magistral və paylayıcı qaz təchizatı şəbəkələrinin istismarının etibarlı təminatı üçün 312 km uzunluğunda qaz kəməri əsaslı təmir edilib".

Hesabatda qeyd olunub ki, görülən işlərin nəticəsində 2016-cı ildə 209 yeni yaşayış məntəqəsi qazlaşdırılıb və həmin məntəqələrdə 82 min abunəçi təbii qaz ilə təmin olunub. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol