Yeni aviareys açılır

Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında yeni aviareys açılır.
ANN.Az Report-a istinadən xəbər verir ki, loukoster "Air Arabia” aviaşirkəti martın 16-dan etibarən Şarca-Bakı-Şarca marşrutu üzrə uçuşlar həyata keçirəcək.
Şarcadan uçuş yerli vaxtla saat 9:00-da, eniş isə saat 11:55-də həyata keçiriləcək. Reyslər həftənin 4 günü - çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri təşkil ediləcək.
Elə həmin günlər Bakıdan da uçuşlar olacaq. Təyyarə paytaxtımızdan Şarca istiqamətində saat 12:35-də havaya qalxacaq, saat 15:15-də isə Bakıya enəcək.
Şarca-Bakı-Şarca marşrutu üzrə biletin qiyməti təxminən 430 manat təşkil edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























