• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsun Holdinq" Fazil Məmmədova müraciət edib

"Azərsun Holdinq" Fazil Məmmədova müraciət edib
10.03.2017 15:45
"İstehsal üçün ölkəyə gətirilən xammal və materialların vergidən azad edilməsi yaxşı olardı”. "APA-Economics” xəbər verir ki, bunu Azərbaycanda Amerika Tticarət Palatası ("AmCham-Azerbaijan”) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında vergilər naziri Fazil Məmmədova müraciətində "Azərsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan deyib.
 
S. Uzan çıxışında respublikada istehsal olunan malların rəqabətədavamlılığı üçün eyni adda idxal olunan hazır məhsullara vergi tətbiq olunması, xüsusilə digər məhsullarla müqayisədə kənd təsərüfatı mallarına tətbiq olunan ƏDV üzrə vergilərin differensiallaşdırılmasını istəyib: "Kənd təsərrüfatı mallarının istehsalı və satışında vegi tənzimləmələrinə yenidən baxılması yaxşı olardı. Bundan başqa, qanunlar qəbul olunmazdan öncə yalnız "AmCham-Azerbaijan” nümayəndələri ilə deyil, o cümlədən kiçik və orta sahibkarlıq subyektləri ilə də müzakirələr aparılsaydı yaxşı olardı. Beləliklə, kiçik və orta sahibkarlıq subyektləri də bu sistemə inteqrasiya olunacaq. Çünki onlar sistemə nə qədər tez inteqrasiya olunarsa, bizim də üzləşdiyimiz çətinliklər daha tez həll olunar. Eyni zamanda, qanunlar çıxmazdan əvvəl biz sahibkarların da bu qanunlara uyğunlaşması yaxşı olardı. Biz işlərimizi buna uyğun tənzimləməliyik. Başqa sözlə, bunun üçün biə təxminən 2-3 ay vaxt lazım olur. Çünki qanunların əhatə dairəsi genişdir. Onlara uyğunlaşmaq üçün şirkətlərə müəyyən vaxt verilsə, şəffaflığın təmin olunması baxımından müsbət nəticələr əldə etmək olar”.
 
S. Uzan, həmçinin əmək haqları ilə bağlı vergi yükünün azaldılması şəffaflığın artmasına  və insanların sistemə daha tez inteqrasiyasına səbəb olacaq.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol