• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev dəyişiklik etdi - Fərman

Prezident İlham Əliyev dəyişiklik etdi - Fərman
17.03.2017 16:25
Azərbaycan prezidenti İlham Əliyev "Telekommunikasiya haqqında” qanunda dəyişiklikləri təsdiqləyib.
 
Məlumata görə, qanuna aşağıdakı dəyişikliklər edilib:

1.1. aşağıdakı məzmunda 6.1.7-1-ci maddə əlavə edilib:

"6.1.7-1. internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması;”;

1.2. aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilib:

"Maddə 13-1. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu
13-1.1. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər.

13-1.2. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır.”;

1.3. 33-cü maddə üzrə:

1.3.1. aşağıdakı məzmunda 33.1.9-1-ci və 33.1.9-2-ci maddələr əlavə edilib:

"33.1.9-1. bu Qanunun 13-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada uçota durmaq, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat vermək;

33.1.9-2. müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etmək (bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab vermək);”;

1.3.2. 33.2-ci maddədə "32.1.4-cü” sözləri "33.1.4-cü” sözləri ilə əvəz edilib;

1.4. aşağıdakı məzmunda 43.4-cü və 43.5-ci maddələr əlavə edilib:

"43.4. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

43.5. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər uçota alınması üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində yenidən müraciət etmədikdə və ya uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi gündən 10 gün müddətində məlumat vermədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

Maddə 2. Keçid müddəası

"Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər həmin qaydaların qüvvəyə mindiyi tarixdən sonrakı 2 ay ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edərək uçota durmalıdırlar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol