• $
  • €
  • ₽
  • ₺
  • £

1 neftçi ölüb, 3 nəfər yaralanıb

1 neftçi ölüb, 3 nəfər yaralanıb
21.03.2017 22:46
Martın 20-də gecə saatlarında Qum adasında yerləşən "Bahar” Əməliyyat Şirkətində qəza baş verib. Əməliyyat Şirkətinin 409-cu özülündə işləyən fəhlələr hündürlükdən yıxılıblar.

Hadisə barədə  şirkətin əməkdaşları məlumat veriblər. Məlumata görə, qaynaqçı, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ayaz Məmməd oğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb (onurğa beynin sınması), iki nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib. Yaralananlardan biri 1977-ci il təvəllüdlü Faiq Vəli oğlu Həsənovdur. Onun burun və qolunun qırıldığı bildirilir.

Məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da təsdiqləyib. O, təşkilata bu barədə məlumat verildiyini bildirib: "Bizdə olan məlumata görə, Ayaz adlı qaynaqçı özülün dəliyindən dənizə düşüb. Bu zaman aldığı xəsarətdən dünyasını dəyişib. Digər şəxslərin olması barədə xəbərlər gəlir. Dəqiqləşdirmə aparırıq”

Bayram günləri olduğundan "Bahar” ƏŞ ilə əlaqə saxlamaq mümkün olmayıb.

Şirkət əməkdaşının bayram günlərində işləməsinə gəlincə, Mirvari Qəhrəmanlı bunu hüquq pozuntusu kimi dəyərləndirir:

"Bildiyim qədərilə Qum adasındakı köşklərdə, şəraitsiz bir yerdə işləyirlər. Ölkədə əmək hüquqlarının pozuntusu daha geniş yayılıb. Çox təəssüf ki, siyasi hüquqların pozulmasına daha çox diqqət ayrılır, nəinki sosial hüquqlara. O işçilər bayram günləri çalışmamalıydı. Əgər çalışırlarsa, işçinin öz yazılı razılığı və Həmkarlar İttifaqının razılığı əsasında ikiqat ödənişlə işləməlidirlər. Onları bayram günü işlətmək cinayətdir. Amma bu ölkədə Həmkarlar İttifaqı adlı qurumun adı var, özü yoxdur. Ölüm hadisəsi olub. Təəssüflər olsun ki, əhəmiyyət verən yoxdur. Ümumiyyətlə, bu Əmək Müfəttişliyi, Həmkarlar İttifaqı ləğv olunmalıdır. Bir iş görmürlərsə, niyə bu təşkilatlara o boyda vəsait sərf olunur? 23 ildir Səttar Mehbalıyev yapışıb o kreslodan, düşürə bilmirlər. Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqının sədri Cahangir Əliyev 20 ildir o kresloda oturub. 2015-ci ildən bu yana neftçilər ölürlər, buna görə bir nəfər də məsuliyyətə cəlb olunmur”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol