• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda taksilərlə bağlı yenilik

Bakıda taksilərlə bağlı yenilik
22.03.2017 09:20
"Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 170 taksi dayanacağı müəyyənləşdirilib. Hazırda müəyyən olunan taksi dayanacaqlarına pasportlar verilir. İndiyə qədər agentlik tərəfindən 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib”.

Bunu virtualaz.org-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə aparılan təhlillər nəticəsində müxtəlif ünvanlardan pərakəndə şəkildə duracaq kimi istifadə edən taksilər üçün xüsusi yerlər müəyyənləşdirilir.

"Əvvəl taksilər harada gəldi dururdular. Artıq biz taksilərin dayanmaları üçün xüsusi yerlər müəyyənləşdirmişik. Məsələn, Qara Qarayev prospekti boyunca 10 yerdə belə dayanacaqlar var. Ümumilikdə 170 yerdə taksi dayanacağı müəyyənləşdirilərək nişanlanıb. Bunların bir hissəsi artıq pasportlaşdırılıb, qalanların da pasportlaşdırılması davam edir”, - deyə M. Ağayev bildirib.

Qeyd edək ki, BNA-nın xüsusi ekspert qrupu ötən ildən bütün küçə və prospektlərdə, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır.

Nəticədə yerləşdiyi ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaratmayan dayanacaqlar pasportlaşdırılır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol