• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR istiqrazları üzrə faiz ödənişinin tarixi açılandı

SOCAR istiqrazları üzrə faiz ödənişinin tarixi açılandı
28.03.2017 19:15
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dollarla buraxdığı SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb.

"SOCAR Capital" şirkətindən verilən məlumata görə, nominal məbləği 1 000 dollar və illik gəlirliliyi 5% olan SOCAR istiqrazları üzrə faizlər aprelin 17-də ödəniləcək.

Həmin tarixdə istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcəklər. Faiz ödənişi çərçivəsində istiqraz sahiblərinə ümumilikdə 1,25 milyon dollar vəsait ödəniləcək.

Vəsaitlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək, onlar bu pulları istədikləri kimi istifadə edə - nağd formada çıxara, bank hesabında saxlaya, o cümlədən yeni istiqraz ala bilərlər.

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir (hər istiqraz üçün 12,5 dollar olmaqla) ödənilir. İstiqraz sahibləri ilk faiz ödənişlərini yanvarın 17-də alıblar. Növbəti faiz ödənişləri isə 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində baş tutacaq.

Beləliklə, həcmi 100 milyon dollar olan SOCAR istiqrazlarının sahiblərinə yanvar ayından başlayaraq hər dəfə 1 milyon 250 min dollar olmaqla, il ərzində ümumilikdə 5 milyon dollar faiz ödəniləcək.

SOCAR istiqrazlarının ən böyük üstünlüyü onların dollarda buraxılması, SOCAR tərəfindən minimum alış qiymətinin təyin edilməsi (qiymətin 1 000 dollardan aşağı düşməsi mümkün deyil), likvidliyin yüksək səviyyədə olmasıdır. Belə ki, istiqrazları cəmi bir neçə dəqiqəyə heç bir itki olmadan nağd vəsaitə çevirmək mümkündür. Bu da investorlar üçün heç bir investisiya alətində olmayan böyük üstünlükdür. İstiqrazların xüsusiyyətlərini, o cümlədən onlara hansı formada zəmanət verildiyini bu videodan (//www.youtube.com/watch?v=zNl2W3jSnvA) izləmək olar.

Hazırda SOCAR istiqrazlarını sərfəli qiymətə təkrar bazardan əldə etmək mümkündür. Bunun üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə, *1999 qaynar xəttinə və ya socaristiqraz.az saytına müraciət etmək lazımdır.

Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol