BP müqaviləni uzatdı

BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Çıraq” neft platformasının idarə olunması və dəstəklənməsi üzrə xidmətlərlə bağlı Şotlandiyanın "Elite Control System” şirkəti ilə müqavilənin müddətini uzadıb.
Bu barədə Trend "Elite Control System” şirkətinə istinadən məlumat verir.
Qeyd olunur ki, Şotlandiya şirkəti 20 ilə yaxındır "Çıraq” platformasının avtomatlaşdırılmış idarəetməsini həyata keçirir.
Yenilənmiş müqavilənin fəaliyyət müddəti və dəyəri barədə məlumat verilmir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























