• $
  • €
  • ₽
  • ₺
  • £

“Qərənfil” şadlıq kafesi 121 min manata satıldı

“Qərənfil” şadlıq kafesi 121 min manata satıldı
28.03.2017 22:00
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, hərracda 14 dövlət əmlakı özəlləşdirilib. 

Hərracda ən yüksək qiymətə özəlləşdirilən daşınmaz əmlak paytaxtın Binəqədi rayonunda yerləşən kiçik dövlət müəssisə və obyekti olub. Belə ki, bu əmlak 180 min manata özəlləşdirilib. 

Hərracda yüksək qiymətə satılmış növbəti əmlak 121 min 250 manata özəlləşdirilən "Qərənfil” şadlıq kafesi olub. 

Adıçəkilən əmlak paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşir. 

Regionlarda keçirilən hərraclarda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Gəncə şəhərində yerləşən "2 saylı avtomobil dayanacağı”dır. Qeyd olunan əmlak 89 min manata özəlləşdirilib.

2017-ci ilin ilk 3 ayında 10-a yaxın hərrac keçirilib ki, bu hərraclarda özəlləşdirilən əmlaklar müxtəlif iqtisadi sahələrə aid olub. 

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac aprelin 4-də keçiriləcək. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol