• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “körpü bank”lar yaradılacaq

Azərbaycanda “körpü bank”lar yaradılacaq
29.03.2017 13:38
Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) "körpü banklar” yaratmaq səlahiyyətinin verilməsi nəzərdə tutulur.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisdə İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə dəyişikliklər gələcəkdə "Bank haqqında” qanuna müvafiq dəyişikliklər etməyə zəmin hazırlamaq üçün təqdim edilib və qanun layihələrində "körpü bank”ların yaradılmasını nəzərdə tutan qətnamə anlayışı əksini tapıb. Məsələn, İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən MBNP-nin bankın qətnaməsi çərçivəsində qəbul etdiyi qərar məhkəmə tərəfindən ləğv edilə bilməz.

Müzakirələr zamanı R. Aslanlı bildirib ki, maliyyə bazarlarına nəzarət orqanı problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərini həll etməlidir: "Bunun biri neçə yolu var. Banka aidiyyatı olan şəxsləri, yəni səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərini icbari qaydada onun səhmlərinə keçirmək, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlər cəlb etmək, bankın aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həll edilməsi bura daxildir. Yaxud bankın müəyyən kapital kəsri var, bunu müəyyən sağlam bir banka satmaqla artıq yeni sağlam bir maliyyə təchizatı formalaşdırmaq olar. Yəqin ki, gələcəkdə dünyada maliyyəçilər başqa yollar da tapa biləcəklər. Bizim təklif etdiyimiz qətnamə "körpü bank”ın yaradılmasıdır. Körpü bank nədir? Yeni bank yaradılmır, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəlikləri bu "körpü bank”a keçirilir. Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır. Tənzimləyicilərdə potensial bank investorlarının siyahısı olur. Onlar bilirlər ki, hansı ödəmə qabiliyyəti olan qurumlar bank almaq istəyirlər. Məsələn, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatı var ki, tək Azərbaycanda yox, hətta Gürcüstanda və Rusiyada kimlər bank almaq istəyirlər və biz belə hal ilə üzləşsək, həmin bankları kimlərə təklif edə bilərik. "Körpü bankı”nın yaradılması məhz bu məqsədə xidmət edir. Nəzərinizə çatdırım ki, hazırda qanunvericiliyə əsasən bankların yaradılması 8-10 ay müddət tələb edir. "Körpü bank”lar isə tənzimləyicinin qərarı ilə yaradılacaq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol