• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan "Banklar haqqında" qanuna dəyişikliklər edir

Azərbaycan "Banklar haqqında" qanuna dəyişikliklər edir
30.03.2017 16:39
Qanunun mahiyyəti ödəmə qabiliyyətini itrmiş bankların problemlərinin həlli üçün qanuni bazanın yaradılmasıdır

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında "Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qanunun mahiyyəti ödəmə qabiliyyətini itrmiş bankların problemlərinin həll edilməsi üçün qanuni bazanın yaradılmasıdır.

"Report”un verdiyi xəbərə görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib: "Problemlərin həlli yolları qanunda müəyyən edilməlidir. Hazırda cəmi iki qayda var. Bunlardan birincisi, səhmdarların əlavə vəsait qoymasıdır. İkincisi isə, sistem əhəmiyyətli banklara dövlət tərəfindən dəstəyin verilməsidir. Lakin burada da kifayət qədər məqbul alətlər yox idi. Ona görə yeni alətlər təklif etmişik”.

"Birincisi, bankın öhdəliklərini könüllü restrukturizasiyasıdır. Bu, bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların məcmusudur. Bundan başqa, qanun layihəsi bankların geniş rezolyusiyasını nəzərdə tutur. Rezolyusiya ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə bu qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, "körpü bank"ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini "körpü bank"a köçürülməsi və "körpü bank"ın investora satılması üzrə həyata keçirilən tədbirlər, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsidir", - deyə Palatanın sədri qeyd edib.

R.Aslanlı bildirib ki, qanun layihəsi üzərində 1 il iş gedib. Rezolyusiya müəyyən məsələyə yeni həll tapmaq deməkdir. Rezolyusiya artıq könüllü deyil, icbari sağlamlaşdırmanı nəzərdə tutur. Bunun üçün bir neçə vasitəsi var. Bank səhmdarlarının, idarə edilməsində iştirak etmiş inzibatçıların, rəhbərlərin depozitlərinin icbari qaydada kapitala transformasiya edilməsi, səhmlərin icbari satılması, bazardan kənardan əlavə kapitalın cəlb olunması və aktiv və öhdəliklərin birlikdə yaxud ayrılıqda digər investorlara satılmaqla banka əlavə maliyyə tapılması nəzərdə tutulur. Bütövlükdə digər banka satılması kimi alətlər var. "Körpü bank" vasitəsilə aktiv və öhdəliklərini tənzimlənməsi vasitələri var. "Körpü bank" tənzimləyici tərəfindən qısa müddətə yaradılır. Əlavə səhmdar kapitalı tələbi yoxdur, Palata "körpü bank"ın təssiçisi və yeganə səhmdarı hesab olunur.

"Bundan başqa, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması prosedurlarının yeni təkliflərlə təkmilləşdirilməsini daha təfərrütla təklif etmişik. Dəyişiklik sistem əhəmiyyətli bankların sağlamlaşdırılması tədbirləri üçün daha geniş alətlər nəzərdə tutur. Bu gün nəzərdə tutulub ki, aktiv və öhdəliklər birlikdə satılmalıdır. Bu isə bəzən lazımsız olur. Dünyada tətbiq olunan yeni alətlər də təkliflərdə əks olunub", - deyə R.Aslanlı vurğulayıb.

Həmçinin, məsuliyyətlə bağlı dəyişiklik edilir. Bank səhmdarlarının, idarəçilərinin, idarə edilməsində iştirak etmiş inzibatçıların ödəmə qabiliyyətini itirmiş bankın zərərini öz əmlakı ilə ödəmək şərtini müəyyən olunur. Bank müflis olursa, ödəmə qabiliyyətini itirirsə, sağlamlaşdırılması zamanı bank səhmdarlarının (söhbət iri səhmdarlardan gedir), bank rəhbərliyinin, idarəçilərin təkcə bankdakı deyil, mülkiyyətindəki əmlak zərərin ödənilməsi üçün istifadə olunacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol