• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana “ərəblərin axını” başlayacaq

Azərbaycana “ərəblərin axını” başlayacaq
31.03.2017 16:59
Azərbaycanda ilk dəfə olaraq, bu il aprelin 10-dan mayın 10-dək Bakıda keçiriləcək Birinci Şopinq Festivalının, eləcə də ondan sonra keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" yarışının baş tutacağı tarixlər üçün hotellərdə yerlərin bronlaşdırılmasına hələ martdan başlanılıb.

ANN.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

M.Ağakərimovun sözlərinə görə, şopinq festivalına ərəb ölkələri ilə yanaşı, İrandan, Rusiyadan və Avropa ölkələrindən də turistlərin gələcəyi gözlənilir. Artıq paytaxtdakı hotellərin, xüsusilə brend hotellərin yerlərinin çoxu bron edilib.

M.Ağakərimov əlavə edib ki, ümumilikdə aprel-may ayları üçün Azərbaycanın hotellərindəki yerlər daha çox ərəb turistlər tərəfindən bron edilib.

AzTA rəsmisi əlavə edib ki, şopinq festivalı yalnız alış-veriş etmək baxımından əhəmiyyətli deyil: "Bu festival ölkəyə turist cəlb etmək baxımından əhəmiyyətlidir. Ona görə də turizm şirkətləri və hotellər həm şopinq festivalına, həm də ondan sonra keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışına ciddi hazırlaşmalı və turistlər üçün əlavə proqramlar hazırlamalıdırlar".

Azərbaycana gələn əcnəbi turistlərin maraq dairəsinin ölkələr üzrə fərqli olduğunu deyən M.Ağakərimov bildirib ki, əlavə proqramlar da turistlərin maraq dairəsi nəzərə alınmaqla tərtib edilməlidir: "İrandan gələn turistlər daha çox Azərbaycanın mətbəxi, suvenirlərlə maraqlanırlar. Yaponiyadan gələn turistləri isə daha çox Azərbaycanın tarixi, onun qədim abidələri maraqlandırır. Buna görə də turizm şirkətləri onları maraqlandıran istiqamətlər üzrə proqramlar tərtib edə bilərlər. Məsələn, Avropadan gələnlər üçün şərab dequstasiyası, islam ölkələrindən gələnlər üçün Azərbaycana məxsus şirniyyyatlardan istifadə etməklə çay dequstasiyası təşkil edilə bilər. Avropadan gələnlər həmçinin, Azərbaycanın məscidləri ilə də maraqlanırlar. Belə turistlər üçün Azərbaycanın tolerant ölkə olduğunu göstərən proqramlar təşkil edilə, onların məscidlərə, kilsələrə, sinaqoqlara səfərləri təşkil edilə bilər".

M.Ağakərimov qeyd edib ki, bu tədbirlərdən sonra Azərbaycana gələn turistlərin sayının artacağı gözlənilir. Onun sözlərinə görə, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycana Malayziya, İndoneziya kimi ölkələrdən də turistlərin gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, bu il aprelin 10-dan mayın 10-dək Bakıda Birinci Şopinq Festivalı, mayın 12-22-də İslam Həmrəyliyi Oyunları, iyunun 23-25-də Formula 1 yarışı keçiriləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol