• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən pulsuz müayinələr

Azercell-dən pulsuz müayinələr
04.04.2017 17:51
Bu ilin yanvar, fevral və mart ayları ərzində məcburi köçkün və aztəminatlı ailələr üçün pulsuz göz müayinələri təşkil edilib
 
Azercell Telekom MMC-nin Mobil Göz Klinikası 2017-ci ilin ilk 3 ayı ərzində də fəaliyyətini uğurla davam etdirib. Klinika yanvar, fevral və mart ayları ərzində müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib.Yeni ilin ilk ayında klinikanın həkimləri Bakının Hövsan, Əmircan və Sabunçu qəsəbəsində, həmçinin  Kürdəmir rayonunda məcburi köçkün və kimsəsizlər üçün müayinələr təşkil ediblər. Bu səfərlər çərçivəsində 136 nəfər ümumi yoxlamadan keçib. Fevral ayında isə klinikanın həkimləri 108 nəfəri müayinəyə cəlb ediblər. İlk olaraq Bilgəh qəsəbəsi 11 saylı internat məktəbinə üz tutan həkimlər, sonra "Qızıl Aypara" cəmiyyətində və Şağan qəsəbəsi "Əlilliyi olanlar üçün müalicəvi pansionatda" xidmət göstəriblər.
 
Mart ayında isə Nərimanov rayonunda, Gəncə şəhəri SOS uşaq kəndində və Lökbatan qəsəbəsində 100-dən çox insan müayinədən keçib. Bu ilin əvvəlində 108-i uşaq, 236-sı isə böyük olmaqla, ümumilikdə 344 nəfər müayinə olunub. Müayinələr nəticəsində 203 nəfərə müalicə, 147 nəfərə isə eynək təyin olunub.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol